“Quru sərhədlərin açılmasına çağırış edənlərin narkoticarətlə bağlılıqları ola bilər” – Deputat
“Quru sərhədlərin açılmasını ciddi cəhdlə ortaya atan insanların, yaxud buna çağırış edənlərin bu və ya digər şəkildə narkoticarətlə bağlılıqları ola bilər”.
Gundeminfo.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
“Ciddi şəkildə araşdırsaq, görərik ki, mənbəyi buna gedib çıxır. Həmin adamlar arasında siyasət, mətbuat nümayəndələri, ayrı-ayrı partiya rəhbərləri də ola bilər ki, onların vasitəsilə maliyyələşirlər. Quru sərhədlər sadə vətəndaşlara yay, istirahət vaxtları hansısa ölkələrə getmək üçün lazım olan amildir. Qalan bütün hallarda quru sərhədlərin açılması ilə bağlı məsələ adi vətəndaşları o qədər də narahat etmir. Şəxsən mənə olunan şikayətlərin heç birində quru sərhədlərlə bağlı məktub daxil olmayıb. Hər ay 70-dən artıq onlayn müraciət alıram. Bizim komitəyə, təxminən, yarım il ərzində 2 mindən çox məktub daxil olur. Onların arasında quru sərhədlərlə bağlı məsələ yoxdur, bu, vətəndaşın marağında deyil”, - deputat bildirib.
489 dəfə oxundu