Azərbaycanlı dustaq yoldaşı Navalnı haqda nələr dedi - açıqlama
Alekseyin məhbus yoldaşı Nəriman onun başına gətirilənlərdən danışdı; Ukrayna Navalnı tərəfdarlarını ayağa qaldırdı; mərhum siyasətçinin tərəfdaşları və xanımı isə düzgün məlumat verənə 100 min avro vəd edib
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov rusiyalı müxalif siyasətçi Aleksey Navalnının qan laxtalanmasından (tromb) öldüyünü bildirib. “Yeni Müsavat” xəbər verir ki, Budanov Kiyevdə keçirilən “Ukrayna. İl 2024" forumunda yerli jurnalistin sualını cavablandırıb. O, bu məlumatı "az-çox təsdiqlənmiş" adlandırıb. Qeyd edək ki, Rusiyanın dövlət televiziya kanalı da öz mənbələrinə istinadən bu məlumatı yaymışdı. Budanov Navalnının ölüm səbəbi haqda danışarkən deyib: “Sizi məyus edə bilərəm, amma bildiyimiz odur ki, o, həqiqətən də qan laxtalanmasından ölüb. Bu, az-çox təsdiqlənib. Bu məlumat internetdən götürülməyib, təəssüf ki, təbii ölüm baş verib”. Bu açıqlama Navalnı tərəfdarlarının etirazına səbəb olub.
Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondundakı (FBK) tərəfdaşları və arvadı Yuliya onun öldürüldüyünü bildiriblər. FBK siyasətçinin ölümü ilə bağlı məlumat verənə 100 min avro vəd edib. FBK-nın rəhbəri Mariya Pevçix “Tvitter”də Budanovun sözlərini bir cümlə ilə şərh edib: “O, yalan danışır”. Navalnı fevralın 16-da Arktika Dairəsindən kənarda yerləşən Yamalo-Nenets Muxtar Dairəsindəki xüsusi rejimli islah koloniyasında dünyasını dəyişib. Siyasətçinin 47 yaşı var idi. Yarılmanın nəticələrinə əsasən səlahiyyətlilər tərəfindən hazırlanan tibbi rəydə Navalnının ölümünün təbii olduğu qeyd edilib. Navalnının silahdaşları və ailəsi təkrar ekspertizanın aparılıb-aparılmayacağı ilə bağlı açıqlama verməyib.
Aleksey Navalnının cəsədi anasına təhvil verilib
Navalnının cənazəsi artıq anası Lyudmila Navalnayaya təhvil verilib. Siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib: “Navalnının meyitinin anasına qaytarılmasını tələb edən hər kəsə təşəkkür edirik. Lyudmila İvanovna Salexarddadır. Dəfn hələ qarşıdadır. Səlahiyyətlilərin dəfnin ailənin istədiyi və Alekseyə layiq şəkildə həyata keçirməsinə mane olub-olmayacağını bilmirik. Məlumat əldə olunan kimi təqdim edəcəyik”. Yeri gəlmişkən, Navalnı ilə eyni həbsxanada cəza çəkmiş keçmiş dustaq Nəriman Osmanovun müsahibəsi bugünlərdə yenidən aktuallaşıb. Azərbaycanlı keçmiş məhbus Osmanov deyib ki, dustaqlara Navalnı ilə danışmaq yasaq olunmuşdu. Onun sözlərinə görə, Navalnı aclıq aksiyası keçirəndə onun yanına bir dustaq yerləşdiriblər və sonradan guya açıq vərəm xəstəsidir adı ilə tibb məntəqəsinə aparıblar. Bununla Navalnıda vərəmə yoluxa biləcəyi şübhəsi yaradib, psixoloji təzyiq etmək məqsədi güdüblər. Lakin Nəriman bunun qurama olduğunu Navalnıya çatdıra bilib.
Aleksey Navalnının cənazəsi ailəsinə verilməyib
Navalnının aclıq elədiyi günlərin birində səhər-səhər həbsxananın təsərrüfat işlərinə cavabdeh şəxslər yarım torba kolbasa gətirərək tavada qızartmağa başlayıblar ki, otağa iy yayılsın və siyasətçinin hövsələsi daralsın. Osmanov onu da deyib ki, stasionar müalicədən qayıdandan sonrakı ilk üç gündə Navalnını yatmağa qoymayıblar. Onunla yanaşı çarpayıya həbsxana iyerarxiyasında ən aşağı təbəqədən sayılan bir məhbus yerləşdiriblər. Həmin məhbus çürbəcür səslər çıxarırmış və onun bütün bunları həbsxana rəhbərliyinin göstərişi ilə etdiyini hamı başa düşürmüş.
Bununla belə, Navalnının şəxsiyyəti haqda danışarkən, onun rus millətçisi olduğunu deyənlər var. Bildirilir ki, müxalifətçi qeyri-ruslara münasibətdə şovinist baxışları ilə seçilib. O, 2008-ci ilin avqustunda Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrinin Rusiya tərəfindən işğal edilməsini dəstəkləmiş, gürcüləri “gəmiricilər” adlandırmış, “Bütün gürcülər dərhal Rusiyadan qovulmalıdır!” demişdi. Türkmənistanda, Tacikistanda, Qazaxıstanda, Özbəkistanda və Qırğızıstanda Navalnının “Orta Asiyadan Rusiyaya miqrant axınının qarşısı alınmalı, həmin dövlətlərə qarşı viza rejimi tətbiq olunmalıdır” sözləri etiraza səbəb olmuşdu. Şimali Qafqazdakı insanlar isə Navalnının “Qafqaz Rusiyanın vücudunda yaradır: bu yaranı yemləməyə son qoymalıyıq, qafqazlılarla layiq olduqları dildə danışmalıyıq” dediyini xatırlayırlar. Həmçinin Krımın Rusiyaya aid olduğunu bildirmişdi. Ona görə də Budanovun onun ölümü haqda rəsmi məlumatı təkrarlaması Navalnı tərəfdarlarının xoşuna gəlməyib. Görünür, Ukraynada müxalif siyasətçiyə birmənalı münasibət olmayıb. Hərçənd Zelenski onun ölümündə Putini ittiham etmişdi.
656 dəfə oxundu