“Akasiya inqilabı”: müxalifət hakimiyyəti oliqarxlardan ala biləcəkmi...
Moldovada parlament növbəti oliqarxı baş nazir təyin etdi. Xalq küçələrəçıxıb parlament binasınıələ keçirdi. Onları oradan polis gözyaşardıcı qazla qovdu. Ancaq aksiyalar bununla bitmədi, əksinə, onların yüksələn xətlə gedəcəyini proqnozlaşdırmaq olar.
Müxalifətlə hakimiyyətin gecə danışıqları nəticə vermədi. Moldova Solunun ekstravaqant lideri Renato Usatı isə “Akasiya inqilabı”nın anonsunu verdi. Hakimiyyətə gəldikdən sonra ABŞ-ın Kişinyovdakı səfirliyini bağlayacağını, yerində “karaoke-klub” açacağını söylədi. Bu, onun Vaşinqton tərəfindən yeni baş nazir Pavel Filipin dəstəklənməsinə cavabdır. Üstəlik, tamamilə qeyri-diplomatik tonda okeanın o tayına səslənən Usatı “Hörmətli amerikalılara demək istəyirəm: biz Amerikanı qapayacaq yeni Kolumbu tapacağıq” söylədi.
***
Beləliklə, kütləvi etirazlar növbəsi gəlib artıq neçənci dəfədir Moldovaya çatdı. Niyə “neçənci dəfə”? Ona görə ki, son 5 ildə bu ssenari Moldovada dördüncü dəfə təkrarlanır. Ölkə xroniki olaraq siyasi qızdırmalar keçirir, remissiya dövrləri yeni kəskinləşmələrlə əvəzlənir. Və elə görünür ki, bu siyasi qızdırmanın sonu yoxdur. Ancaq dönməzlik nöqtəsi artıq keçilib.
2010-cu ildəki etirazlar əsl kütlə Qiyamı idi - qəddar, xaotik, proqramsız. O vaxt parlament binasını oda verənlər psevdo-kommunist prezident Voroninə qarşı çıxmışdılar. Marksı və Lenini çoxdan unutmuş “qırmızı kapitalist” Voronini devirmək istəyənlər əfəl xəyalpərəstliklərinin bədəlini çox tez ödədilər - artıq 3 il sonra onlar “kommunist”i əvəzləyən neoliberallara qarşı etiraza qalxmışdılar.
İndi də Moldovada hakimiyyətdə neoliberallardır. Onların qısa zaman kəsimindəki hakimiyyəti əvvəllər ağıllara gəlməyən korrupsiya, işsizlik, sosial siyasətin məhvi və maksimum mühacirətlə müşayiət olunur. Hakimiyyət oliqarxların əlində cəmləşib. Parlamentin seçdiyi prezident (Moldovada prezidenti xalq seçmir, parlament təyin edir) ilk addımlardan biri kimi hətta rəsmi dilin adını dəyişib “rumın dili” edib - sanki moldovanlar və onların dili fiksiyadır. Ailələr Avropada və Rusiyada çalışanların göndərdikləri pul köçürmələri ilə mövcudluq keçirir. Üstəlik də “Əsrin oğurluğu” - ötən payızda 3 bankdan 1 milyard dollar ölkədən çıxarılaraq Avropa hesablarına qoyulub. Əlbəttə, bu məbləğ Moldova üçün fantastikdir - bu, dövlət büdcsinin 15 faizi deməkdir.
Beləliklə, etirazlar üçün bütün şərtlər var. Qalırdı “kritik kütlə” - artıq o da formalaşdı. Nəticədə ötən ilin sentyabrın 6-da Kişinyovun mərkəzi meydanına 100 min adam çıxdı - bu da rekorddur. Onlar eyni vaxtda həm prezidentin, həm baş nazirin, həm də parlament spikerinin istefasını, əlavə olaraq da oliqarxların hakimiyyət təknəsindən ekənarlaşdırılmasını tələb edirlər. Bir sözlə, proqram-maksimum.
Əks tərəf baş verənlərin qarşısını almaq üçün mitinqdən 1 saat əvvələ rus və moldovan estrada artistlərinin konsertini təyin etmişdi. Yəni, çörək olmasa da, tamaşa var. Ancaq artistlərin çoxu çıxış təklifini rədd etdi, Filiipp Kirkorovun ifasına isə vur-tut bir neçə yüz kişinyovlu toplaşdı. Etirazçıların sayı ilə müqayisədə bu, dənizdə damladır. Habelə, hakimiyyət polittexnoloqlarının fiaskosu göstərir: şou taktikası daha işləmir. Görünür, son 5 ildə 3 dəfə hökumətə qarşı çıxan moldovanlarda hiss və emosiyalar tədricən əhlilləşir. Yəni, uğur faktı ortadadır.
O vaxt meydandakılar mitinqi müddətsiz elan etmişdilər. Bunun üçün çadırlar qurulur, pul yığılırdı. Adi vətəndaşlar da, imkanlı iş adamları da ianə verirdi. Ümumiyyətlə, meydana çıxanların çox böyük əksəriyyəti ad problemlərin içində əriyən, bezən, ümidini itirən sadə vətəndaşlar idi. Və nəticəsndən asılı olmayaraq, sonda uduzub-udacağının dəxli olmadan, bu tip etirazların motoru həmişə yorğun, çarəsiz, adi vətəndaşlar olur. Manipulyasiyalar sonradan başlayır, ssenaristlər və rejissorlar bir azdan ortaya çıxır. Və sonunda adi vətəndaşlar yenə uduzdurulur.
Payızda da o cür oldu - kütlə yenə aldadıldı. Axı konkret və pozitiv ideologiyası, təşkilatı və məqsədyönlü lideri olmayan xalq hərəkatları ya pisin daha pislə əvəzlənməsi, ya da heç nəyin dəyişməməsi ilə bitir?! Misallar nə qədər desəz...
Ancaq o “Moldova payızı” digərlərindən (o cümlədən Ukrayna Maydanından) fərqlənməyə başladı. Bu isə xırda da olsa ümid yaradır.
Nədədir fərq? Lokomotiv rolunu oynayan siyasi təşkilatların yönümündə. Yəni, dəfələrlə baş verən etirazların təcrübəsi sonunda ölkədə Sol ideologiyanın populyarlaşması, müxalifətin başına isə sosialist İqor Dodon və radikal Sola tapınan Renato Usatının (“Bizim partiya”) keçməsi ilə nəticələndi.
Beləliklə, hazırda iki siyasi platforma üz üzədir. Kişinyov meydanına xalqı çağıran təşkilatlardan biri “Qürur və Həqiqət” (yerli dildə abbreviaturası - DA) adlanır və özünü “vətəndaş platforması” kimi təqdim edir. Burada neoliberal kursu dəstəkləyən, sadəcə indiki hakim personajları rədd edən intellektuallar, jurnalist və mədəniyyət adamları əsas skripkalardır. Ancaq “DA” bloku Moldovanın gələcəyi üçün müəyyən qeyd-şərtlərlə elə indiki hakimiyyətin yürütdüyü taktikanı təklif edir. İstər siyasi, istər iqtisadi, istərsə də sosial və mədəni siyasət hazırkı kimi qalır. Yəni, yalnız fiqurlar yerini dəyişir. Deməli, bununla Qərb tamamilə özünü biabır etmiş, oğru, korrupsiya bataqlığına yuvarlanmış kadrlarını özünün yeni kadrları ilə əvəzləyir. Bu, artıq “Maydan ssenarisi”dir. Bu ssenaridə narazı kütlə yenə aldadılır və uduzur.
Üstəlik, bu blokun tələsmədən seçkiləri gözləmək və onu udmaq şansı yüksəkdir (əgər indiki istefa tələbləri havadan asılı qalsa). Çünki, Qərbdən dəstəyi, maliyyəsi, polittexnoloqları, təbliğat üçün geniş imkanları var.
Kişinyov etirazlarının ikinci aparıcı qüvvəsi və təşkilatçısı isə “Bizim evimiz - Moldova” blokudur. O, daha çox “Qırmızı blok” adı ilə tanınıb. Bu blokun başında kommunist və eks-deputat Qriqori Petrenko, Renato Usatı və İqor Dodon dayanır. “Qırmızı blok”un çox tezliklə sosial şüarları aktuallaşdırmaqla və Sol ideyaları təbliğ etməklə güclənmək imkanları var. Baxmayaraq ki, “qırmızılar”ın arxasında himayəçilər dayanmır - nə Vaşinqton, nə Brüssel, nə də Moskva.
Beləliklə, Moldova etirazlarında liderliyə ilk dəfə olaraq ideoloji cəhətdən iki fərqli blok iddia edir - neoliberallar və kommunistlər. Konfiqurasiya neoliberalların sahibləri üçün çaşdırıcıdır: bir tərəfdən neoliberal rejimi neoliberal rejimlə əvəzləmək ssenarisi işə salınıb, digər tərəfdən isə Sol qüvvələr rejissorların ssenarisini dəyişdirə bilər. Odur ki, hazırda məhz “qırmızılar” neytrallaşdırılmalıdır.
İstənilən halda, bizim bir neçə pərdədən ibarət tamaşanı izləmək şansımız var. Hələlik sonuncu olan pərdə isə yanvarın 20-də parlamentin oliqarx Filipi baş nazir təyin etməsi ilə başlayıb. Ənənəvi olaraq cümə axşamı günü toplaşan parlament bu dəfə müxalifət liderlərinin Kişinyovda olmamasından yararlanaraq taleyüklü iclasını çərşənbə günü keçirib. Filipin adı bir çox korrupsiya qalmaqallarında, o cümlədən, xalq arasında antireytinqi 92 faizi olan oliqarx (və baş nazir kürsüsünə keçmiş iddialı) Vladimir Plaxotnyukun biznes ortaqlığında hallanır. Filip o qədər uğursuz seçimdir ki, vətəndaşlar hətta müxalifət liderlərinin paytaxtda olmamasına baxmayaraq küçələrə axışır. Onların əsas şüarları “Rədd olun!” və “Biz - xalqıq!” kimi səslənir. “Dövləti oliqarxlar zəbt edib və biz Vətəndaş müharibəsinin astanasındayıq” - Moldovanın BMT-dəki keçmiş nümayəndəsi Aleksey Tulrube deyir. Renato Usatıy isə radikal addımlara çağırır: “Xalq yabalarla silahlanıb bu hakimiyyəti devirəcək və onda görəcəyik ki, qələbə üçün bizə bircə gün də bəs etdi”.
Hələlik ölkə yeni qarşıdurmaların həndəvərində dayanıb. Müxalifətin bu dəfə hakimiyyəti oliqarxlardan geri alacağı ehtimalıəvvəlki dəfələrdən daha yüksəkdir. Ancaq Qərbin Moldovada hakimiyyət dəyişikliyinə qarşıçıxmasıən xoşagəlməz ssenarilərə yol aça bilər...
1034 dəfə oxundu