Hakan Fidan Blinkenlə Azərbaycanı müzakirə etdi

Hakan Fidan Blinkenlə Azərbaycanı müzakirə etdi
Türkiyə xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Entoni Blinken arasında Braziliyada görüş baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, görüş zamanı tərəflər Ukrayna müharibəsini, NATO-nun genişlənmə prosesini, Azərbaycan və Ermənistan arasında sülh danışıqları və digər regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, Braziliyanın Rio de-Janeyro şəhərində G20 xarici işlər nazirlərinin zirvə toplantısı keçirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
612 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...