Prezident İlham Əliyev yenə Gürcüstana səfər edəcək

Prezident İlham Əliyev yenə Gürcüstana səfər edəcək


Azərbaycan prezidenti İlham Əliyev “ən yaxın vaxtlarda” Gürcüstana səfər edəcək.

Virtualaz.org xəbər verir ki, bu haqda Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Davos iqtisadi forumu zamanı Azərbaycan prezidenti ilə görüşünün nəticələrinə dair jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir deyib ki, Əliyevlə söhbətdə qaz məsələsindən danışmayıblar. Kvirikaşvilinin fikrincə bu, “texniki xarakter” daşıyır. Baş nazirin sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında qətiyyən problem yoxdur.

“İlham Əliyevlə gorüş isti, dostluq atmosferində keçdi. Biz doğrudan da qaz təchizatı məsələsi ilə bağlı danışmadıq. Yeganə onu qeyd etdi ki, bu, texniki məsələdir. Bizim dövlətlərimiz arasında heç bir fikir ayrılığı yoxdur. Əksinə, biz çox optimistik. İpək yolu layihəsini-Bakı-Tiflis-Qars dəmir yolunun tikintisini həyata keçiririk. Bu, bizim ölkələrin iqtisadi inkişafı üçün mühüm mənbədir”-Kvirikaşvili bildirib.
Baş nazirin bildirdiyinə görə yaxın vaxtlarda prezident İlham Əliyev Gürcüstana səfər edəcək. “Biz razılaşdıq ki, cənab Əliyev yaxın vaxtlarda Gürcüstana səfər edəcək, və bizim çox yaxşı münasibətlərimiz var”-Gürcüstan hökumətinin rəhbəri bildirib.

Xəbər verildiyi kimi Gürcüstan Azərbaycan qazından asılılığı azaltmaq üçün Rusiya və İrandan qaz almaq istəyir. “Qazprom”la Tiflis arasında danışıqlar artıq yekunlaşmaq üzrədir. Gürcüstan tərəfi bunu belə əsaslandırır ki, Azərbaycan ölkənin qaza artan tələbatını ödəmək gücündə deyil. SOCAR isə bunu təsdiq etmir, Gürcüstana lazım olan həcmdə qaz verə biləcəyini deyir. Habelə Gürcüstan Ermənistan üzərindən İran qazını almaq üçün danışıqlar aparır. Bütün bunlar Bakıda narahatlıq doğurmaya bilməz. Ötən ilin payızında, noyabr ayında Gürcüstanın “Qazprom”la danışıqları üzə çıxanda prezident İlham Əliyev Tiflisə səfər etmişdi. İndi Azərbaycan prezidentinin yenidən Gürcüstana getməyi qərara alması bunu göstərir ki, Tiflisin son davranışlarını yüksək səviyyədə müzakirə etməyə ehtiyac var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1084 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...