Aleksandr Stubb Finlandiyanın yeni prezidenti olub

Aleksandr Stubb Finlandiyanın yeni prezidenti olub
Finlandiyanın hakim sağ mərkəzçi Milli Koalisiya partiyasının namizədi Aleksandr Stubb bütün bülletenlərin hesablanmasından sonra 51,6 faiz səslə prezident seçkilərinin ikinci turunda qalib gəlib.

APA xəbər verir ki, digər namizəd Pekka Haavisto isə 48,4 faiz səs toplayıb. O, artıq məğlubiyyətini etiraf edib və rəqibini dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.

Stubb Finlandiyanın xarici işlər naziri və baş nazir vəzifələrində çalışıb. 2020-ci ildən siyasi fəaliyyətlə məşğul olmayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
329 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...