“Qarabağda sülhməramlıların fəaliyyətinin Ermənistana aidiyyəti yoxdur”

“Qarabağda sülhməramlıların fəaliyyətinin Ermənistana aidiyyəti yoxdur”
“Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistan tərəfinə aidiyyəti yoxdur. Bu, Moskva və Bakının məsələsidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının tədbirində iştirakdan sonra keçirilən mətbuat konfransında deyib:

“Hər kəs Qarabağı Azərbaycan ərazisi kimi tanıyandan sonra da bizim Qarabağda faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistana aid deyil. Bu, Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlər məsələsidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
355 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...