On minlərlə insan ayağa qalxdı - Prezidenti istefaya səsləyirlər

On minlərlə insan ayağa qalxdı -


Moldovanın paytaxtında 10 minlərlə insanın iştirakı ilə antihökumət etirazları keçirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Kişinyovun əsas magistralında hərəkəti dayandırıblar. Etirazçılar daha sonra parlament binasını mühasirəyə alıblar. Şəhərin mərkəzinə reginlardan mikroavtobuslarla etirazçıların axın etdiyi bildirilir.

Hökumət etirazçıları danışıqlar masasında əyləşməyə çağırıb. Nümayişçilər isə baş nazir və prezidentin istefasını, həmçinin növbədənkənar seçkilərin keçirilməsini tələb ediblər.

Moldova Baş prokurorluğu isə parlament binası qarşısında qarşıdurma yaradanlara qarşı cinayət işinin açıldığını elan edib.

Qeyd edək ki, etirazlar dünən Moldova parlamentində yeni hökumətin təsdiq edilməsi prosesi zamanı başlayıb. Müxalifətin yüzlərlə tərəfdaşı yeni kabineti qanunsuz hesab edərək hökumət binasına hücum ediblər.


On minlərlə insan ayağa qalxdı -
On minlərlə insan ayağa qalxdı -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1054 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...