Prezident İlham Əliyev sanksiyaların götürülməsi münasibətilə Həsən Ruhanini təbrik edib

Prezident İlham Əliyev sanksiyaların götürülməsi münasibətilə Həsən Ruhanini təbrik edib


Azərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də İran prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.
APA-nın xəbərinə görə, Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, dövlət başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran prezidentinə və xalqına təbriklərini çatdırıb və uğurlar arzulayıb.


Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və bununla bağlı rəsmi açıqlamalar verib. Azərbaycan prezidenti sanksiyaların götürülməsindən bir daha məmnunluğunu bildirib.

İran prezidenti Həsən Ruhani təbriklərinə və xoş sözlərinə görə İlham Əliyevə minnətdarlığını çatdırıb, əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, ölkələrimizin dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin çəkilişi, investisiya layihələrinin icrası və digər məsələləri müzakirə ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
950 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...