YAP 50 min seçicinin imzası topladı

YAP 50 min seçicinin imzası topladı
Yeni Azərbaycan Partiyası 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

"Report" xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının rəsmi sosial şəbəkə hesablarında məlumat verilib.

Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə bu gün, dekabrın 26-da Mərkəzi Seçki Komissiyasına təqdim edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
395 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...