ABŞ ərazisini genişləndirdi, Rusiya cavab verəcəyini açıqladı – Xəritə
Amerika Birləşmiş Ştatlar Arktikadakı kontinental şelfinin öz hissəsinin genişləndirilməsini elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Departamenti bəyanat yayıb.
“Qitə şelfinin su altındakı ölkənin quru ərazisinin uzantısıdır. Birləşmiş Ştatlar beynəlxalq hüquqa uyğun olaraq resursları və həyati əhəmiyyətli yaşayış yerlərini qorumaq və idarə etmək hüququna malikdir”, - bəyanatda qeyd edilib.
Genişləndirilmiş kontinental şelf adlanan ərazi ilk növbədə Arktika və Berinq dənizində, Kanada və Rusiyanın da iddia etdiyi strateji əhəmiyyəti artan ərazini əhatə edir.
“Bloomberg”in yazdığına görə, Vaşinqton şelfi genişləndirməklə elektrik avtomobillərinin akkumulyatorlarının istehsalı üçün minerallara çıxış əldə etmək istəyir. Bundan əlavə, orada neft və qaz yataqları var.
Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, Arktika regionunun inkişafı Rusiyanın əsas prioritetlərindən biridir: “Məhz orada “Novatek” şirkətinin İri Tutumlu Dəniz Qurumlarının Tikinti Mərkəzi kimi iri investisiya layihələri fəal şəkildə həyata keçirilir”.
NATO-nun Arktikada hərbi potensialının gücləndirilməsi ilə bağlı, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunovun sözlərinə görə, Rusiya buna qabaqlayıcı tədbirlərlə cavab verəcək.
321 dəfə oxundu