Gürcü professor: “Heydər Əliyev Gürcüstanın dünyada nüfuz qazanmasında böyük rol oynayıb”

Gürcü professor: “Heydər Əliyev Gürcüstanın dünyada nüfuz qazanmasında böyük rol oynayıb”
Gürcüstanın iqtisad elmlər doktoru, professor Otar Obesadze Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Gürcüstanın dünyada nüfuz qazanmasında böyük rol oynadığını bildirib.

“Report”un yerli bürosuna açıqlamasında o deyib ki, Heydər Əliyev postsovet məkanında müstəqillik dövrünün ən güclü lideri idi.

O.Obesadzenin sözlərinə görə, sovet imperiyasının dağılmasından sonra Gürcüstanın dünya siyasi və iqtisadi aləmində heç bir yeri və rolu yox idi:

“Məhz Heydər Əliyevin dəstəyi nəticəsində Bakı-Tbilisi-Ceyhan layihəsi həyata keçirildi. Bununla da Gürcüstanın Qafqazda, eləcə də dünyada önəmi ön plana çıxdı”.

O bildirib ki, Bakı-Tbilisi-Ceyhan layihəsi Gürcüstana təhlükəsizlik təminatı yaratdı:
“Eləcə də, ölkə böyük pullar qazandı, yüzlərlə vətəndaş işlə təmin olundu. Sözügedən layihə çərçivəsində tarixi Borjomi parkı tam maliyyələşdirilib və bərpa edilib”.

Professor vurğulayıb ki, Heydər Əliyevin dəstəyi ilə İpək Yolu layihəsi də həyata keçirilib:

“Bununla da Gürcüstan və Azərbaycan Asiya və Avropa arasında dəhliz rolunu oynamağa başladılar. Bütün bunlar isə başlıca olaraq ölkədə sabitlik yaratdı”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
745 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...