Avropa Komissiyası Macarıstan, Polşa və Slovakiyanı məhkəməyə verməklə hədələyib

Avropa Komissiyası Macarıstan, Polşa və Slovakiyanı məhkəməyə verməklə hədələyib
Avropa Komissiyası Macarıstan, Polşa və Slovakiyanı birtərəfli qaydada Ukrayna taxılının bazarlarına tədarükünə embarqo qoyduğuna görə hüquqi tədbirlərlə hədələyib.

“Report” xəbər verir ki, bu barədə Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nad Brüsseldə Avropa İttifaqından olan həmkarları ilə görüşdən sonra bildirib.

O xatırladıb ki, Mərkəzi Avropa ölkələri Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoymağa məcbur olublar, çünki bu, onların fermerlərinin maraqlarına ciddi ziyan vurub:

“İndi Avropa Komissiyası milli səviyyədə görülən cavab tədbirləri üçün Macarıstan, Polşa və Slovakiyaya qarşı hüquqi proseslərə başlamaqla hədələyir. Budapeştə artıq Brüsseldən bununla bağlı məktub gəlib”.

Nazir bildirib ki, Avropa Komissiyası faktiki olaraq bütün Aİ ölkələrinin ziyanına hərəkət edir, çünki Mərkəzi Avropa dövlətlərinin embarqosu bütün Avropa ümumi bazarını Ukrayna məhsullarından qoruyur.

Qeyd edək ki, Macarıstan hökuməti uzun müddətdir ki, Ukraynadan dempinq qiymətləri ilə kənd təsərrüfatı mallarının idxalına qarşı səylər göstərir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...