“İndiki ağlım olsaydı “altılı masa”ya geri dönməzdim” – Akşener
Türkiyənin İYİ Partiya sədri Meral Akşener Trabzonun Yomra rayonunda vətəndaşlarla görüşündə prezident seçkiləri öncəsi “altılı masa” ilə bağlı danışıb.
Yeniavaz.com TRT-yə istinadən xəbər verir ki, Akşener ikinci dəfə masaya qayıtmasından peşman olduğunu deyib.
“6 nəfər oturmuşduq, mövzumuz namizədin hansı üsulla seçiləcəyidir. Birdə gördük namizədin adı danışılır. Buna etiraz etdim, dedim ki, biz namizədin seçilmə üsulunu danışacaqdıq. Nəticə etibarı ilə 5 nəfər Kamal Kılıçdaroğlunu dedi. Mən də sizin istədiyiniz iki nəfəri dedim. Söylədim ki, Kamal bəyin də adı olsun, başqaları varsa onlar da olsun, bu iki nəfərin də adı olsun”, - İYİ partiya sədri deyib.
Akşenerlə üzbəüz əyləşən vətəndaşın, “O masadan qalxdınız təqdir etdik sizi, amma kaş geri dönməzdiniz” sözünə sədr belə cavab verib:
“Üzr istəyirəm, kaş ki. İndiki ağlım olsaydı qətiyyən etməzdim. Amma oldu. Ona görə tək davam edirik”.
Xatırladaq ki, bu ilin mart ayında “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələrdə 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif etmişdi. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürmüşdü. Bu səbəbdən də Akşener “altılı masa”nı tərk etmiş, sonra isə yenidən geri qayıtmışdı.
397 dəfə oxundu