Kimlər prezidentliyə namizədliyini irəli sürə bilərlər? - Konstitusiyadan çıxarış

Kimlər prezidentliyə namizədliyini irəli sürə bilərlər? -
Dekabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla ölkədə növbədənkənar prezident seçkisi elan edilib.

Növbədənkənar seçki 2024-cü ilin fevralın 7-də keçiriləcək.

Kimlər prezidentliyə namizəd ola bilərlər?

Oxu.Az bildirir ki, Konstitusiyanın 10O-cü maddəsində Azərbaycan Respublikasının Prezidentliyinə namizədlərə aid tələblər müəyyən edilib.

Belə ki, ölkə ərazisində 10 ildən artıq daimi yaşayan, seçkilərdə iştirak etmək hüququna malik olan, o cümlədən ağır cinayətə görə məhkum olunmayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan vətəndaşları prezident seçilə bilərlər.

Bildirək ki, hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ qanunla məhdudlaşdırıla bilər.
Konstitusiyanın 101-ci maddəsinə əsasən, Azərbaycan prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə yeddi il müddətinə seçilir.

Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir.

Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd, yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir.

Səsvermənin ikinci dövrəsində səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının prezidenti seçilmiş sayılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
432 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...