Nə "Altılı", nə də "On altılı" masamız var, sadəcə...

Nə "Altılı", nə də "On altılı" masamız var, sadəcə...
CHP, İYİ Partiya və ya HEDEP-in (Xalqların Bərabərlik və Demokratiya Partiyası) hansı işlərlə məşğul olması bizi maraqlandırmır.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özəl və İYİ Partiya rəhbəri Maral Akşənərin görüşünə münasibət bildirərkən deyib.

O qeyd edib ki, AKP olaraq öz işimizlə məşğul olacağıq:

“Bizim “Altılı”, “On altılı” adlı masalarımız yoxdur. Sadəcə olaraq Cümhur İttifaqımız var. Bu ittifaqın da ən uyğun şəkildə fəaliyyətini davam etdirməsinə çalışırıq. Yolumuza baxacağıq. Kimin kiminlə görüşüb, kimin namizədliyinin irəli sürülməsi bizi maraqlandırmır. Yolumuza kim çıxarsa, son seçkilərdə olduğu kimi millətimizin dəstəyi ilə dərsini verib, öz daxili böhranları ilə baş-başa buraxacağıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
853 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...