Argentinada müxalif namizəd prezident seçilib
Argentinada keçirilən prezident seçkilərində sağçı siyasətçi Xavyer Miley qalib gəlib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə onun rəqibi, hakim partiyanın namizədi Serxio Massa məlumat verib.
"Mən Xavyer Mileyi təbrik etmək üçün onunla əlaqə saxladım və uğurlar arzuladım, çünki o, argentinalıların əksəriyyətinin növbəti 4 il üçün seçdiyi Prezidentdir", - Massa deyib.
Ölkədəki seçki məntəqələri noyabrın 20-də yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 01:00) bağlanıb. Rəsmi nəticələr saat 21:00-dan sonra (Bakı vaxtı ilə saat 04:00) açıqlanmalıdır.
Argentinada prezident seçkilərinin ikinci turunda səsvermədə ən yüksək dövlət postu uğrunda iki namizəd yarışıb. Əsas mübarizə hakim “Vətən naminə birlik” koalisiyasından namizədliyi irəli sürülmüş iqtisadiyyat naziri Serxio Massa və “Azadlıq gəlir” alyansına daxil olan Libertarian Partiyasının sədri deputat Xavyer Miley arasında gedib.
Xavyer Miley dövlətin həyata minimal müdaxiləsinin tərəfdarıdır. O, Mərkəzi Bankı ləğv etməyi planlaşdırır və milli valyutanın dollarla əvəzlənməsini təklif edir. Siyasətçi iqtisadi problemlərin həlli üçün büdcə xərclərini də ciddi şəkildə azaltmaq niyyətindədir. Miley Braziliya, Çin və Rusiya siyasətləri ilə razılaşmadığı üçün dövlətlərarası münasibətləri inkişaf etdirmək niyyətində deyil, lakin o, özəl biznesin bu ölkələrlə qarşılıqlı əlaqəsinə mane olmayacaq.
Səsvermə 16 yaşdan yuxarı bütün vətəndaşlar üçün məcburidir.
Yeni Prezident dekabrın 10-da vəzifəsinin icrasına başlayacaq.
332 dəfə oxundu