Növbədənkənar iclas: Daşdan səs çıxdı, yeni deputatlardan yox…
Bu gün Azərbaycan Milli Məclisinin növbədənkənar iclası keçirilib. Modern.az saytı xəbər verir ki, növbədənkənar iclas əhalidə ciddi təşviş doğuran bir sıra məsələlərə, o cümlədən manatın devalvasiyası, banklardakı əmanətlərin qotunması, vətəndaşların kreditlərinin ödənilməsindəki çətinliklərin müzakirəsinə həsr olunmuşdu.
Azərbaycanın valyuta bazarının tənzimlənməsinə dair qanunvericilik bazasının dəyişdirilməsinə həsr olunmuş bugünkü iclasda 7 məsələyə baxılıb, müvafiq qanunlara dəyişikliklər edilib. Modern.az əməkdaşının Milli Məclisdə apardığı müşahidələr göstərib ki, parlamentin bugünkü növbədənkənar iclasında Azərbaycan əhalisi üçün taleyüklü məsələlərə baxılarkən yeni eyni deputatlar çıxış ediblər. Söhbət Milli Məclisin daimi danışan üzvlərindən gedir... Onların adlarını çəkməyə yəqin ki, ehtiyac yoxdur, çünki bugünkü iclası yayımlayan media hər birinin fikirlərinə ayrıca yer verdi..
2015-ci 1 noyabr seçkiləri nəticəsində ilk dəfə deputat mandatı qazanmış Milli Məclis üzvləri isə passivliklərilə yadda qaldılar. Belə ki, yeni deputatlardan bir nəfə belə, ölkə əhalisinin narahatlığıa səbəb olan məsələlərin müzakiəsi ətrafında çıxış etmək istəməyib. Halbuki, 1 noyabt seçkilərindəki təbliğat-təşviqat kampaniyalarında seçicilərinə müxtəlif vədlər verir, onların problemlərini, haqq səslərini Milli Məclisdə qaldıracaqlarını bəyan edirdilər.
Təəssüf ki, bugünkü iclasda daşdan səs çıxdı, az qala Milli Məclisin divarları dilə gəldi, amma yeni deputatlar yox... Onlar susmağa, danışmamağa, müzakirələrə qoşulmamağa, sadəcə düymə basmağa üstünlük verdilər... Xatırladaq ki, 2015-ci 1 noyabr seçkiləri nəticəsində 27 nəfər ilk dəfə deputat seçilib. Milli Məclisin yeni deputatlarından 19-u hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvləridir.
1101 dəfə oxundu