Bu gün Astanada TDT-nin 10-cu yubiley Zirvə Görüşü keçiriləcək

Bu gün Astanada TDT-nin 10-cu yubiley Zirvə Görüşü keçiriləcək
Bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley Zirvə Görüşü keçiriləcək.

“Report”un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, “Türk Əsri” çağırışı altında keçiriləcək toplantıda iqtisadiyyat, ticarət, nəqliyyat və gömrük kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq və birgə layihələr təsdiqlənəcək.

Dövlət və hökumət başçıları üzv dövlətlər və müşahidəçilər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektlərini nəzərdən keçirəcəklər. Bundan başqa, regionda və onun hüdudlarında baş verən siyasi və iqtisadi hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Zirvə Görüşünün sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.

Sammitin yekununda dövlət başçıları bir sıra müvafiq qətnamələrlə yanaşı, Astana Aktını və Astana Sammiti Bəyannaməsini imzalayacaqlar.

Qeyd edək ki, noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Zirvə görüşündə iştirak etmək üçün Qazaxıstana səfərə gəlib.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
565 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...