Ombudsman: "BMT-də ciddi islahatlara ehtiyac var, çağırışlara cavab vermir"

Ombudsman: "BMT-də ciddi islahatlara ehtiyac var, çağırışlara cavab vermir"
"BMT-də ciddi islahatlara ehtiyac var, çünki mövcud çağırışlara cavab vermir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, artıq neokolonializm siyasətindən əl çəkilməlidir: "Xalqlar azad, sülh şəraitində yaşamalıdır. İnanıram ki, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti prosesə töhfə verəcək".

S.Əliyeva Ermənistanın təcavüzünə və mina probleminə də diqqət çəkib: "Azərbaycan da Ermənistanın təcavüzündən əziyyət çəkib. Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 330 nəfər olub. Bu günədək Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 000 azərbaycanlının taleyi barədə məlumat verməyib".

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
513 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...