İran XİN başçısı: "Bölgə barıt çəlləyinə bənzəyir, vəziyyətin nəzarətdən çıxması ehtimalı var"

İran XİN başçısı: "Bölgə barıt çəlləyinə bənzəyir, vəziyyətin nəzarətdən çıxması ehtimalı var"
“Bölgə barıt çəlləyinə bənzəyir, partlayışın baş verməsi, vəziyyətin nəzarətdən çıxması ehtimalı var”.

“Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian oktyabrın 19-da Səudiyə Ərəbistanının Ciddə şəhərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib.

O, İslam Əməkdaşlıq Təşkilatının növbədənkənar iclasında müzakirə olunan məsələlərdən, HƏMAS-İsrail qarşıdurması nəticəsində baş verən hadisələrdən danışıb.

Nazir bildirib ki, iclasda hərbi cinayətlərə dərhal son qoyulmasının vacibliyi ilə bağlı razılıq əldə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
455 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...