"Azərbaycana uzanmış bu əlləri kəsəcəyik" - PA rəsmisi

"Azərbaycana uzanmış bu əlləri kəsəcəyik" -


“Bu gün qlobal dünyada gedən proseslər Azərbaycandan da yan keçməyib. Azərbaycan dünyanın bir hissəsi olduğu üçün bu proseslər ölkəmizə də müəyyən təsir edib. Burada təəccüblü bir məqam yoxdur”.

Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib. Onun sözlərinə görə, dövlət böhran təzahürlərini aradan qaldırmaq üçün tədbirlər görür:

“Bu gün Azərbaycan dövləti 90-cı illərdən qat-qat güclüdür. Dövlət ilə xalqın birgə səyi bu çətin məsələlərin öhdəsindən gəlməyə imkan verəcək. Dünyada illər öncə başlayan iqtisadi böhranı Azərbaycan 2015-ci ilin sonunda tədricən hiss etməyə başladı. Azərbaycan bu problemlərə sinə gərərək, özünün iqtisadi potensialına güvənərək, bu böhranı dəf edə bilmişdi”.

Ə.Mehdiyev bildirib ki, Azərbaycanda gözü olan, Azərbaycanı müstəqil siyasətindən sapdırmağa cəhd edən bəzi qüvvələr bu yaranmış vəziyyətdən istifadə etmək üçün dəridən qabıqdan çıxırlar:

“5-ci kalonun nümayəndələri onların dəyirmanına su tökür, yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Amma bu vəziyyətdə Azərbaycan ağsaqqları öz sözlərini deyir, cəmiyyəti, gəncləri düzgün istiqamətdə aparırlar. İnanıram ki, biz birgə səyimiz nəticəsində Azərbaycana uzanmış bu əlləri kəsəcəyik, onların çirkin niyyətlərinə çatmasına imkan verməyəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
882 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...