“Putinlə aramızda olan bir sirri açıram, Soçidə...” - Paşinyan

“Putinlə aramızda olan bir sirri açıram, Soçidə...” -
Rusiya prezidenti ilə mənim aramdakı ilk görüşlə bağlı bir sirri açmaq istəyirəm.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib.

"2018-ci ildə, Soçidə, səhv etmirəmsə, may ayında idi. O, mənə dedi ki, Rusiyanın müxtəlif ölkələrin işlərinə qarışması, suverenliyinə daim xələl gətirməsi və s. haqqında çoxlu şayiələr olduğunu bilir. Həmin gün o, Ermənistan Respublikasının suverenliyinə, müstəqilliyinə və qərar qəbul etmə azadlıqlarına qeyd-şərtsiz hörmət etdiyini təsdiqləyib. Biz indi münasibətlərimizi həmin müqavilələr əsasında qururuq" - Paşinyan deyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
399 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...