2027-ci ilədək Qarabağa 40 mindən çox insan köçürüləcək

2027-ci ilədək Qarabağa 40 mindən çox insan köçürüləcək
Azərbaycanın “2022-2026-cı illər Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə 40 mindən çox məcburi köçkünün şəhərlərə və qəsəbələrə köçürülməsi nəzərdə tutulur.

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

Onun sözlərinə görə, azad edilmiş ərazilərdə hazırda infrastruktur layihələri həyata keçirilir.

V. Hacıyev əlavə edib ki, innovativ tikinti materiallarından istifadə olunmaqla Zəngilan rayonunun Ağalı kəndində 200 fərdi ekoloji ev tikilib: “Ağıllı kənd innovativ texnologiyalar əsasında tikilib. Əhalinin kənddə yaşaması üçün əlverişli şərait yaradılıb. Tikilib istifadəyə verilən 134 evə 600-dən çox vətəndaş köçürülüb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
539 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...