“Ağsuda keçirilən aksiyaya görə heç kim həbs olunmayıb” - Tahir Kərimli

“Ağsuda keçirilən aksiyaya görə heç kim həbs olunmayıb” -


“Ağsuda keçirilən aksiyada əsas narazılıq süni qiymət artımı ilə bağlı olub”.

Bunu APA-ya açıqlamasında Vəhdət Partiyasının sədri, 87 saylı Ağsu-İsmayıllı Seçki Dairəsindən seçilmiş deputat Tahir Kərimli deyib. T. Kərimli hazırda rayonda vəziyyətin stabil olduğunu bildirib. O, deputat kimi aksiya iştirakçıları ilə görüşdüyünü qeyd edib: “Etiraz aksiyası ilə bağlı rayon rəhbərliyi və sahibkarlarla görüşdüm, danışıqlar apardıq. Rayonun İcra Hakimiyyətinin başçısı 30 nəfərə yaxın narazı sakini qəbul etdi, qarşı tərəfə vəziyyət kifayət qədər izah olundu və müzakirələr aparıldı. Sahibkarların problemləri dinlənildi. Mən də öz növbəmdə sakinlərə bildirdim ki, onların problemlərini lazımi orqanlara çatdıracağam və imkan vermək olmaz ki, bu narazılıqdan destruktiv qüvvələr hakimiyyətə qarşı istifadə etsin. Ölkədə, rayonda sabitliyin pozulmasının qarşısını almaq lazımdır. Bütün bunlar Ağsu sakinlərinə izah olundu”.

Aksiyanın süni qiymət artımı ilə əlaqədar keçirildiyi deyən T. Kərimli qeyd edib ki, rayon rəhbərliyi ilə etirazçıların görüşü normal keçib: “Təsadüfi deyil ki, bu hadisə ilə bağlı bir nəfər də aksiya iştirakçısı həbs olunmadı. Yəni, hər hansı qanun pozuntusu olmadı. Ağsu rayonunda müxalifətçilər də aktivlik göstərmədilər, təmkinli münasibət göstərilib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1069 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...