Tahir Süleymanovdan Fəzail Ağamalıya cavab: “Bildiyi məsələdən danışsın” - QALMAQAL

Tahir Süleymanovdan Fəzail Ağamalıya cavab: “Bildiyi məsələdən danışsın” -


Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı həmkarları Milli Məclisin digər üzvləri Tahir Süleymanovla Əsabil Qasımovun adlarını çəkərək, onları ölkədə unun qiymətinin süni şəkildə bahalaşmasına görə sərt tənqid edib. Fəzail Ağamalı hər iki deputatın un istehsalı ilə məşğul olduqlarını dilə gətirərək, qiymətlərin onlar tərəfindən qaldırıldığını deyib.

Artıq qarşı tərəfdən deputat Fəzail Ağamalının ittihamlarına cavab verilib. 54 saylı Şabran-Siyəzən seçki dairəsinin deputatı Tahir Süleymanov Modern.az saytına açıqlamasında həmkarının ittihamının əsassız olduğunu bildirib. O qeyd edib ki, unun qiymətinin qalxması haqqında informasiyalar əsassızdır. “Şimal bölgəsində unun bir kissəsi 26 manatdır və buna uyğun olaraq çörəyin də qiymətində artım olmayıb. Unun qiymətinin qalxması haqqında informasiyalar əsassızdır və yaxşı olardı ki, hər kəs bildiyi məsələdən danışsın. Bu gün ölkəmizin 5-6 aylıq taxıl ehtiyatı var və unun qiymətində hər hansı artım olmayıb”.

F.Ağamalı “Yeni Müsavat”a açıqlamasında deputatlar Tahir Süleymanov və Əsabil Qasımovu unun qiymətini qaldırmaqda ittiham etmişdi və bildirmişdi ki, onlar süni bahalaşmaya gedib əhalinin vəziyyətini ağırlaşdırmasınlar.

“Bu deputatlara çağırış edirəm ki, xalqı çörəklə imtahana çəkməyin, xalqı dövlətdən narazı salmayın. Onlar bu dövlətdən qazanıblar, indi qazandıqlarını zəhmət çəkib xalqa xərcləsinlər. Bu durumda da pul qazanmaq həvəsinə düşməsinlər.

Bu iki deputat çağırışlara məhəl qoymasalar və xalqı çörəklə imtahana çəkməkdə davam edəcəklərsə, kimliklərindən asılı olmayaraq birbaşa onların üstünə gedəcəm. Onlara bəyan edirəm ki, unun qiymətini qaldırmasınlar. Ölkə prezidenti də çağırış etdi ki, süni qiymət artımına gedilməsin. Prezidentin çağırışına əməl etsinlər. Xalqın və dövlətin maraqları hər şeydən üstündür. Unun, taxılın məşğul olanların üzərində dövlətin müvafiq qurumlarının ciddi nəzarəti olmalıdır. Bu möhtəkirlər, işbazlar yaranmış durumdan istifadə edib varlanmaq istəyirlərsə, əslində dövlətə xəyanət edirlər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1080 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...