"Fərid Səfərli ilə görüşün təşkili istiqamətində iş aparılır" - Nazir

  "Fərid Səfərli ilə görüşün təşkili istiqamətində iş aparılır" -
Hələ yanvar ayında Azərbaycan XİN İrana səfərlərin məhdudlaşdırılması ilə xəbərdarlıq etmişdi və bunun səbəbi aydındır. Tehranda səfirliyimiz fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanın İran İslam Respublikasında təmsilçiliyi çox məhduddur.
GUNDEMINFO.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu, yalnız Təbriz şəhərində Baş konsulluğun çox məhdud şəkildə əməkdaşlarının fəaliyyətindən ibarətdir:
"Hələ yanvar ayının sonunda Azərbaycan tərəfi səyahət xəbərdarlığı etmişdi, xüsusi bir ehtiyac olmadığı təqdirdə vətəndaşlarımızın belə səyahətlərdən çəkinməsinə çağırış edilmişdi. Bütün bunlara baxmayaraq, həmin hadisə - azərbaycanlı tələbənin İranda saxlanılması - ilə bağlı məlumat daxil olduqdan dərhal sonra həm Bakı şəhərində Nazirlik tərəfindən İran XİN-ə nota təqdim olunub, eyni zamanda, bizim Baş Konsulluğumuz fəaliyyətə keçdi. Həmin şəxsin taleyi ilə bağlı informasiyanın əldə olunması kifayət qədər uzun müddət çəkdi. Həftələr sonra biz İran tərəfindən rəsmi məlumat aldıq ki, həmin adam saxlanılıb, o, ittiham olunur və onunla bağlı cinayət işi açılıb. Tələbə ilə İrandakı Baş konsulluğumuzun əməkdaşları arasında əlaqə var. Eyni zamanda, fiziki olaraq görüşün təşkil olunması istiqamətində iş aparılır. Tələbənin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlayırıq, məsələ nəzarətimizdədir”.
Qeyd edək ki, üç aya yaxın bir müddət müəmmalı şəkildə itkin düşən azərbaycanlı tələbə Fərid Səfərli bu yaxınlarda İranda casusluq iddiası ilə həbs edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
486 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...