Siyavuş Novruzov: Müqaviləli hərbçilərin sayını artırmalıyıq

Siyavuş Novruzov: Müqaviləli hərbçilərin sayını artırmalıyıq

“Bu gün dünyada baş verən hadisələr hərbi və kəşfiyyat sahəsinin təkmilləşdirilməsini tələb edir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, hərbi mükəlləfiyyət və çağırışla bağlı hərbi qanunvericiliyə təkrar baxılmalıdır: “Dünya NATO standartlarına keçir. Biz müqaviləli hərbçilərin sayını artırmalıyıq. NATO standartlarında olan silahların öyrənilməsinə 9-12 ay sərf olunmalıdır. Bizdə hərbi xidmət 12-18 aydır. Onlar silahı öyrənəndən sonra artıq hərbi xidmət başa çatır. Ukrayna-Rusiya müharibəsinə baxanda görürük ki, NATO standartlarında olan silahları 9 aydan tez öyrətmirlər. Biz hərbi xidmətdə də buna getməliyik”.APA



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
432 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...