"Ümid verirlər ki, CHP bizə demokrayiya gətirəcək, olmayacaq" - NATİQ CƏFƏRLİ
"Bizi həmin o qrupun nümayəndələri 30 il aldatdılar ki, Qərb Azərbaycanda demokratiya quracaq, azad seçki keçirəcək, Qərb isə öz layihələrini, maraqlarını keçirməklə məşğul idi"
"Bizdə bəzi qruplar, şəxslər var ki, dünyanı anlamırlar, bəzi əzbərləri var, onları təkrarlayırlar, heç bir məsələdə mahiyyətə, kökə enə bilmirlirlər. Bu isə keyfiyyətli diskursa mane olan amilə çevrilir". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Politoloqun sözlərinə görə, həmin kəsimlər nədənsə düşünürlər ki, Türkiyədə müxalifət qalib gəlsə, Kılıcdaroğlu həmən Azərbaycandan demokratiya tələb edəcək, düzgün seçki istəyəcək: "Bəli, nəsə istəyəcək, amma istədiyi elə AKP vaxtında olduğu kimi pul, yatırım, yardım, investisiya layihələri olacaq. Kamal bəy seçilsə ilk səfərini Kıbrısa etsə də, ikincini Azərbaycana edəcək, bizim hökumətə sıcaq mesajlar verəcək, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi davam edəcək. Doğru olan da budur, iki ölkənin birliyi şəxslərə bağlı məsələ deyil, zamanın, geosiyasətin diktəsi, tələbidir. Bizi həmin o qrupun nümayəndələri 30 il aldatdılar ki, Qərb Azərbaycanda demokratiya quracaq, azad seçki keçirəcək. Qərb isə öz layihələrini, maraqlarını keçirməklə məşğul idi. Sonra da dedilər ki, demokratiyanın təsisinə rus mane olur. İndi yenə də ümid verirlər ki, CHP bizə demokrayiya gətirəcək, olmayacaq, onlar illərdir öz siyasi "impotentliklərinə" kənar təsirlər bəhanəsi ilə haqq qazandırmaqla məşğuldurlar".
REAL-ın icra katibi əlavə edib ki, azad seçki də, demokratiya da ancaq bizdən - vətəndaşlardan asılıdır. Onun fikrincə, bunu anlayan zaman məmləkətdə çox şey dəyişəcək.
478 dəfə oxundu