Aİ-nin Bakıdakı mühasibi Mixalkonun möhürü ilə 1 milyon mənimsəyib
1 milyon manat mənimsəməkdə ittiham olunan Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşı Zərifə Abbasovanın məhkəməsi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan iş üzrə ittiham aktı elan edilib.
Bildirilib ki, Z.Abbasova 2008-2023-cü illərdə Aİ-nin Bakı ofisində mühasib kimi çalışıb. O, 2017-2022-ci illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif dövrlərdə ümumilikdə 983.254 manat pulu mənimsəyib. İttihama görə, Z.Abbasova nümayəndəliyin rəhbəri Peter Mixalko və onun müavini Zoltan Szalainin ona qarşı inamından istifadə edərək vaxtaşırı onların səlahiyyətində olan möhürləri götürərək sənədləri möhürləyib, onların yerinə imzalar atıb. Daha sonra nümayəndəliyin hesabından şəxsi avro və manat hesablarına köçürmələr edib. Öz bank kartına köçürdüyü pulları əsasən, onlayn formada şəxsi ehtiyacları üçün xərcləyib.
Hakim Zərifə Abbasovadan ittihamları qəbul edib-etmədiyini soruşub. Mühasib özünü qismən təqsirli bildiyini, vəzifə başında olarkən 983 min deyil, 50 min manat mənimsədiyini deyib. Ona ifadə verməsi təklif olunub. Z.Abbasovanın vəkili bildirib ki, xanımın səhhətində problem var, kəllə-beyin travması alıb. Ona görə də məhkəmədən vaxt istəyib. Hakim prosesi iyunun 1-ə təxirə salıb.
Qeyd edək ki, Zərifə Abbasova barəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
Fotoda: Peter Mixalko
Fotoda: Zoltan Szalai
617 dəfə oxundu