Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri YSK-ya təhvil verilib

Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri YSK-ya təhvil verilib
Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Bakıdan yola salınıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı “Twitter“də yazıb.

Qeyd olunub ki, Türkiyədə 14 mayda keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının 5-6-7 may tarixlərində 3 məntəqədə seçki qutularına atdıqları bülletenlər bu gün Türkiyənin Mərkəzi Seçki Komissiyasına (YSK) təhvil verilib.

“Ölkəmizə, millətimizə, gələcəyimizə xeyirli olmasını arzu edirik”, - diplomat əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
548 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...