Novella Cəfəroğlu Əfv Komissiyasından narazılıq etdi
"Bizim göndərdiyimiz siyahını Əfv komissiyası Prezident İlham Əliyevə təqdim etməyib”.
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu Prezident İlham Əliyevin imzaladığı Əfv siyahısından danışarkən deyib. O bildirib ki, Əfv Komissiyasına 29 nəfərlik siyahı göndərilib, amma əfv olunanlar arasında siyahıdan cəmi 10 nəfərin adı var:
"İstərdik ki, təqdim etdiyimiz siyahıda olanların hamısı azad edilsin. Ömürlük azadlıqdan məhrum edilmiş Elçin Əmiraslanov, jurnalistlər, blogerləri buraxmayıblar. Hüseyn Abdullayev xəstə adamdır, bir ildən sonra cəza müddəti çatacaq. O da əfv olunmadı. 20 ildən çox həbsdə olanlar var, onları əfv eləmək olardı. Biz siyahını hazırlayırıq. Amma Əfv Komissiyası göndərdiyimiz siyahını Prezidentə təqdim etmir. İnanıram ki, bizim siyahı Prezidentə təqdim olunsaydı, dövlət başçısı o sənədə imza atardı. Ümidlərimiz komissiyaya idi, amma onlar müraciətimizi təmin etmədi. Bu məsələdə bütün iradlarımız Əfv Komissiyasınadır”.
Novella Cəfəroğlu əfv sərəncamını alqışladığını qeyd edib: "Biz bu məhbus siyahısından qurtarmalı idik. Amma bu dəfə də siyahı ilə yekunlaşa bilmədik. Çox təəssüf. Biz bu mütərəqqi addıma görə Prezidentə minnətdarlıq edirik”.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid isə Novella Cəfəroğlunun fikirlərini təkzib edib:
"Bildiyimə görə, edilən bütün müraciətlər müzakirə olunur. Amma Əfv Komissiyası onların təqdim etdiyi siyahını müzakirə etmir. Onların siyahısı birbaşa Prezidentə təqdim edilir. Komissiya ancaq məhkumların fərdi müraciətlərini araşdırır”.
Qeyd edək ki, Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan sabiq prezident Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Sərəncam imzalayıb. Sərəncama 801 nəfər şamil olunub.
456 dəfə oxundu