Medvedev Moldova adlı bir ölkənin “artıq mövcud olmadığını” dedi
RF Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Moldovanı "artıq yoxa çıxmış dövlət” adlandırıb. Belə ki, o, baş nazir Dorin Reçanın Moldovada Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, ölkəyə girişi qadağan edilən "Rusiya rəsmilərinin kifayət qədər uzun siyahısı”na malik olması barədə mesajını şərh edib.
Qaynarinfo bu barədə Rosbalt-a istinadla xəbər verir.
"Reçan adlı sirli məxluq deyib ki, nə Rusiya prezidenti, nə də Rusiya rəsmiləri onun ölkəsinə - Moldovaya girə bilməyəcəklər. Yaxşı, birincisi, indi heç kim ora getmir. Bəlkə sonra... Və ikincisi, artıq belə bir ölkə yoxdur”, - Medvedev Telegram kanalında yazıb.
Onun sözlərinə görə, "yerli rəislər” Moldovanı Rumıniyaya satıb, "vətənlərinə xəyanət ediblər”. Medvedevin sözlərinə görə, "onlarla nə isə danışmağın mənası yoxdur. Qoy onlarla xalq özü məşğul olsun. Və nəhayət, onların kim olduğuna qərar verin - moldovalılar, yoxsa rumınlar.
Eyni zamanda, Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb ki, istənilən halda Kişinyovun "Dnestryanı Moldova Respublikasının suverenliyinə hörmətlə yanaşması” lazımdır.
497 dəfə oxundu