REAL-dan AXCP-yə cavab: Bəlkə elə Xankəndini də əsl "vətənpərvər"in tələbi ilə aldıq

REAL-dan AXCP-yə cavab:
"Əsl "vətənpərvər" belə olar, adam özünə pasport istəmir, bu məsələni Əliyevə demir, amma vətən-millət məsələlərində önə çıxıb prezidentdən sərhəd-keçid məntəqəsi tələb edir, Əliyev də bunun sözünə "yox" deyə bilmir, dediyini edir, yoxsa biz bu problemin həllini görməzdik. Bəlkə elə Xankəndini də əsl "vətənpərvər"in tələbi ilə aldıq, başqa yol görünmür".

Pravda.az-ın xəbərinə görə, bunu REAL Partiyanın funksioneri Natiq Cəfərli bildirib.

"Məncə, bundan sonra əfv yazmaq istəyənlər ilk "vətənpərvər"ə müraciət etsinlər ki, o da Əliyevdən tələb etməklə məsələləri həll etsin, hətta su, işiq, qaz, kanalizasiya, boşanma, sosial məsələlər və s. problemi olanlar da "vətənpərvər"ə müraciət edə bilərlər, hamısını həll edəcək, mən onda o "potensialı" görürüəm..." - N.Cəfərli qeyd edib.

Xatırlatma: Bu iddia ilə AXCP sədri Əli Kərimli çıxış edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
444 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...