“ABŞ Bəxtiyar Hacıyevin işini çox diqqətlə izləyir” – Dövlət Departamenti

“ABŞ Bəxtiyar Hacıyevin işini çox diqqətlə izləyir” –
“ABŞ həbsdə olan fəal Bəxtiyar Hacıyevin işini çox diqqətlə izləyir”.
Yeniavaz.com istinadənxəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel mətbuat üçün gündəlik brifinqdə B.Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı Turan-ın sualını cavablandırarkən deyib.
“Biz onun həbsilə bağlı öz mövqeyimizi dəqiq şəkildə ifadə etdik və vəziyyəti çox yaxından izləməyə davam edirik”, - Patel əlavə edib.
Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib. Ötən gün məhkəmə onun həbs müddətini daha iki ay uzadıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
527 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...