Türkiyə-Ermənistan sərhədində keçid məntəqəsi yaradılır
Ermənistan hökuməti Türkiyə ilə sərhəddə yerləşən Marqara gömrük-keçid məntəqəsinin layihəsinə 28,3 milyon dram (təxminən 72 min dollar) ayırıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə hökumətin iclasında qərar qəbul edilib.
Hökumət qərarında qeyd olunub ki, tikinti qısa müddətdə başa çatdırılmalı, ona görə də layihələndirmə və tikinti paralel aparılmalıdır. Birinci mərhələdə kommunikasiyalar və bünövrə layihələndiriləcək, ikinci mərhələdə isə faktiki tikinti işləri aparılacaq.
Hökumət keçid məntəqəsini tez bir zamanda təhvil vermək istədiyi üçün tikinti tendersiz aparılacaq. Bunun üçün Dövlət Gəlirləri Komitəsi Şəhərsalma Komitəsinə müraciət edərək ən qısa müddətdə layihələndirmə və tikinti işlərini hansı şirkətlərin həyata keçirə biləcəyini bildirmək istəyib.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Türkiyə Xarici İşlər Nazirliyi ilə əldə olunan razılaşmalara əsasən, Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları, eləcə də diplomatik pasport sahibləri üçün yay aylarında açılması planlaşdırılır.
496 dəfə oxundu