Erkin Qədirli: “Quru sərhədlərin açılmaması İranla müharibə ehtimalına görədir” – VİDEO

Erkin Qədirli: “Quru sərhədlərin açılmaması İranla müharibə ehtimalına görədir” –
“Quru sərhədlərin bağlı qalmasının koronavirusla əlaqəsi yoxdur. Rəsmən elə deyirlər. Koronavirus yoxdur. Onsuz da pandemiya vaxtında da çox qlobal fırıldaqlar oldu”.
Yeniavaz.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Erkin Qədirli Müsavat TV-yə açıqlamasında deyib.
“Mənim anladığım, gümanım budur ki, sırf İrana görə sərhədlər bağlıdır. Prinsip etibarilə İrana görədir, təhlükəsizlik tədbiridir. Görünür, daha böyük bir təhlükə astanasındayıq ki, bunu belə eləyirlər. Bu bir gedişatdır. İranın iki il ərzində etdiklərini görmürsünüz?! Terrorçuya görə deyil, müharibə ehtimalına görədir”, - deputat əlavə edib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
524 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...