“Bütöv Azərbaycan” Koordinasiya Mərkəzi yaradıldı
Məlum olduğu kimi, 2022-ci ilin dekabrın 17-də Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Bakıda II Bütöv Azərbaycan Forumu keçirildi.
Forumda BAO "Bütöv Azərbaycan” Koordinasiya Mərkəzinin (BAKM) yaradılması təşəbbüsü ilə çıxış edib və təşəbbüs forum iştirakçıları tərəfindən müsbət qarşılanıb. BAO-dan verilən məlumata görə, cari ilin aprelin 22-də saat 12.00-da Astoria-Bakı" otelinin konfrans salonunda "Bütöv Azərbaycan Koordinasiya Mərkəzinin təqdimat mərasimi keçiriləcək.
Qurumun mətbuat xidmətindən Qaynarinfo-ya bildiriblər ki, Bütöv Azərbaycan Koordinasiya Mərkəzinin yaradılmasınında məqsəd Azərbaycanın bütövlüyü, o cümlədən Güney Azərbaycan Türklərinin milli haqları uğrunda mübarizə aparan ictimai və siyasi təşkilatların fəaliyyətini koordinasiya etmək, onların birgə və daha effektiv fəaliyyətini təşkil etməkdir:
"Bütöv Azərbaycan Koordinasiya Mərkəzinin işində Azərbaycan Respublikasının millət vəkilləri, ziyalılar, Azərbaycanın Güneyini təmsil edən təşkilat rəhbərləri və nümayəndələri iştirak edəcək. Bura hər bir Azərbaycan vətəndaşı dəvətlidir. Könlündən keçən hər kəs iştirak edə bilər”.
492 dəfə oxundu