“İran hərbi gücə əl atmaq istəyir, Fransa isə...” – Metyu Brayza

“İran hərbi gücə əl atmaq istəyir, Fransa isə...” –
"Hesab edirəm ki, Azərbaycanla Ermənistan arasında Vaşinqtonda təşkili planlaşdırılan görüşün nəticəsində sülh müqaviləsinin imzalanması gözlənilmir".

DİA.AZ bildirir ki, bu fikirləri Bizim.Media-ya açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT-in Minsk qrupunun sabiq həmsədri, hazırda Atlantik Şurasının eksperti Metyu Brayza deyib.

Azərbaycan-Ermənistan arasındakı son gərginliyi şərh edən sabiq səfir İrəvanın son zamanlar təxribatları artırdığını qeyd edib:

"Bildiyiniz kimi, son günlər Ermənistan gərginliyi son dərəcə artırıb. Həmçinin mən dövlət katibi Entoni Blinkenin senatın Beynəlxalq Əlaqələr Komitəsinin iclasından əvvəlki bəyanatına diqqət yetirmək istəyirəm.

O, Vaşinqtonun Azərbaycanla Ermənistana sülh razılaşmasının imzalanmasında dəstək verməyə və Vaşinqtonun bu prosesdə iştiraka siyasi cəhətdən nə dərəcə hazır olduğu haqqında mövqeyini ifadə edib.

O ki qaldı gərginliyin nəyə görə yüksəlməsinə, bilirsiniz ki, Ermənistanda sülh müqaviləsinin imzalanmasında maraqlı olan Paşinyanla onun əleyhdarları arasında gərgin siyasi vəziyyət hökm sürür. Onunla əks mövqedə dayananlar sülh müqaviləsinin imzalanmasını deyil, gərginliyi və Azərbaycanla müharibənin başa çatmasında maraqlı olan Paşinyana qarşı təzyiqləri artırmağı istəyir.

Biz müşahidə edirik ki, Ermənistan daxilində razılaşmanın əldə edilməsində maraqlı tərəflərlə gərginliyin artmasını istəyənlər arasında siyasi mübarizə gedir".

Gərginliyin artmasında İranın da roluna diqqət çəkən Metyu Brayza hazırda Tehran rejiminin İran daxilindəki Azərbaycan türklərinin Azərbaycanla birləşməyindən narahat olduğunu bildirib:

"Bununla paralel olaraq, gərgin vəziyyət bir qədər də İranla bağlıdır. Hesab edirəm ki, Azərbaycan sərhədlərinə yaxın ərazilərdə uçuşların həyata keçirilməsi və İranda yaşayan azərbaycanlılara təzyiqləri artırmaqla İran gərginliyin daha da yüksəlməsinə maraq göstərir.

Aydındır ki, İranda yaşayan etnik azərbaycanlılar nə separatçılıq, nə də etirazların miqyasının genişlənməsində maraqlıdır. Burada söhbət sadəcə onların Azərbaycanda yaşayan soydaşları ilə həmrəylik nümayiş etdirməsindən gedir.

Düşünürəm ki, gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevi və baş nazir Paşinyan sülh razılaşmasının əldə edilməsini istəyir.

İkinci məqam odur ki, Ermənistan əhalisi bu prosesi pozmaq istəyir.

Üçüncüsü, Azərbaycan təmkin nümayiş etdirməlidir.

Dördüncü, İran da sərhədləri yaxınlığında separatçılığın qarşısını almaq və xalqı müdafiə etmək üçün hərbi gücdən istifadə etmək istəyir. Fransa isə aydındır ki, İkinci Qarabağ müharibəsində Ermənistanın tərəfində dayanmaqla artıq mövqeyini çoxdan ifadə edib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
534 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...