Əliyev-Paşinyan görüşü Vaşinqtonda keçirilə bilər – KIV
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilkin razılaşmaya görə, mayın ikinci yarısında baş tutmalı olan növbəti görüş böyük ehtimalla Vaşinqtonda keçiriləcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin Xarici İşlər Nazirliyindəki adını açıqlamayan mənbəsi bildirib ki, Vaşinqton platformasında gələcək danışıqlarla bağlı tərəflərin yanaşmaları üst-üstə düşür.
Qeyd olunub ki, görüşün təşəbbüskarı öz hərəkətlərində və problemə yanaşmalarında nəzərəçarpacaq dərəcədə fəal olan ABŞ-ın dövlət katibi Entoni Blinkendir.
Nəşr yazıb ki, eyni zamanda Avropa dairələri də fəaldır. Avropa Şurasının rəhbəri Çarlz Mişel bu yaxınlarda Paşinyan və Əliyevlə iki ölkə arasındakı münasibətlər və danışıqlar prosesinin vəziyyəti ilə bağlı bir neçə telefon danışığı aparıb. Mişelin, xüsusilə son günlər baş verən hadisələr və sərhəd hadisələri ilə maraqlanması diqqət çəkir. Qəzetin diplomatik mənbəsinin bildirdiyinə görə, avropalılar qarşıdan gələn Ermənistan-Azərbaycan sammitinin onların himayəsi altında - yaxın həftələrdə Brüsseldə keçirilməsi üçün əllərindən gələni edirlər.
489 dəfə oxundu