Mövlud Çavuşoğlu: “Bu gün Moskvada dördtərəfli zirvə toplantısı başlayır”

Mövlud Çavuşoğlu: “Bu gün Moskvada dördtərəfli zirvə toplantısı başlayır”
“Moskvada 3-4 aprel tarixlərində Türkiyə, Rusiya, Suriya və İranın qatılacağı nazir müavinləri səviyyəsində dördtərəfli zirvə toplantısı keçiriləcək”.

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda bir qrup türkiyəli jurnalistlə söhbəti zamanı deyib.

Çavuşoğlu Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri ilə bağlı sualı da cavablandırıb. O bildirib ki, Kahramanmaraşdakı zəlzələlərdən sonra Türkiyəyə səfər etmək istəyən Lavrovun 6-7 aprel tarixlərində baş tutacaq səfəri zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri üzrə müzakirələr aparmaq imkanı əldə edəcəklər.

“Geniş şəkildə müzakirə olunacaq məsələlər var. İkitərəfli münasibətlərlə yanaşı, taxıl sazişinin uzadılması məsələsi də gündəmdədir. Rusiya taxıl müqaviləsinin 60 gün uzadılmasına razılıq verdi. 120 gün hazırda dəqiq rəqəm deyil, bu haqda danışacağıq”, - deyə o bildirib.
Türkiyə xarici işlər naziri həmçinin Lavrovla görüşdə Suriya, Liviya və digər regional məsələlərin də müzakirə olunacağını nəzərə çatdırıb. O, Suriyadakı siyasi proseslər, qaçqınların vəziyyəti və zəlzələlərdən sonra bölgəyə ediləcək humanitar yardımların artırılması ilə bağlı qiymətləndirmələrin aparılacağını da əlavə edib.

Mənbə: NTV.com.tr



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
447 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...