Bu partiyalar VHP-yə birləşmək istəyir - Sabir Rüstəmxanlıdan açıqlama

Bu partiyalar VHP-yə birləşmək istəyir -
"Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasına birləşmək üçün bir neçə partiya müraciət edib”.

Bunu açıqlamasında millət vəkili Sabir Rüstəmxanlı Sosial Ədalət Partiyası və Qorqud Partiyalarının yaxın günlərdə Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasına (VHP) birləşəcəyi ilə bağlı məlumatlara aydınlıq gətirərkən deyib.

Sabir Rüstəmxanlı bildirib ki, partiyaların bəziləri YAP-a, bəziləri isə başqa partiyalara birləşmək istəyir:

"Normal bir proses gedir, partiyaların sayı azalacaq, nəticədə güclü partiyalar qalacaq. Bütün rayonlarda üzvləri, təşkilatları olan, seçkilərdə normal iştirak edən partiyalar fəaliyyətini davam etdirəcək. Siyasi partiyaların birləşməsi təbii prosesdir. "Siyasi partiyalar haqqında” qanun müəyyən tələblər qoyur, partiya üzvlərinin sayı, partiyaların qeydiyyatı ilə bağlı və s. Məncə bunlar normal tələblərdir və bütün siyasi partiyaların, ictimai təşkilatların iştirakı ilə Milli Məclisdə bir neçə dəfə müzakirə olunub. Son variantda deyilən təkliflərin böyük əksəriyyəti Milli Məclisdə də səsləndirilib, müzakirə olunub və bir xeyli düzəlişlər də olunub”.

Deputat indiki halda "Siyasi partiyalar haqqında” qanunu normal hesab edir:

"Partiya sədri, onun qovluğu və 5-10 adamdan ibarət olan siyasi partiyaların sıradan çıxıb, fəaliyyətini dayandırması normal prosesdir”.

Sabir Rüstəmxanlının fikirincə, indiki siyasi şəraiti doğru-düzgün qiymətləndirən, fəaliyyətini düzgün quran, tərəfdaşları, üzvləri varsa, "Siyasi partiyalar haqqında” qanunun tələblərinə cavab verən partiyalar qalacaq:

"Bütün siyasi partiya rəhbərlərinə sayğım var, biz onlarla uzun yol keçmişik, ayrıseçkilik etmək istəmirəm, hansı işini düzgün qura bilib yaşayacaqsa, biz onlarla daimi əməkdaşlıq edəcəyik”.

Qeyd edək ki, "Siyasi partiyalar haqqında” qanunun tələblərinə cavab verməyən 7 partiyanın fəaliyyətini dayandırıb. Hazırda isə partiyaların birləşməsi müzakirə olunur. Azərbaycan Vətəndaş Həmrəyliyi Partiyasına isə Sosial Ədalət Partiyası və Qorqud Partiyalarının yaxın günlərdə birləşəcəyi ilə bağlı məlumatlar var. (qaynarinfo)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
450 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...