"Ermənistan böyük sınaq və ağır döyüş astanasındadır" - Ovannisyan
“Ermənistan böyük sınaq və ağır döyüş astanasındadır”.
KONKRET.az xəbər verir ki, bunu “Alternativ layihələr” qrupunun eksperti Vahe Ovannisyan deyib.
“Dünənki mətbuat konfransından bir şey aydın oldu. Ermənistanağır sınaq və böyük münaqişə astanasındadır.
İnanılmazdır, amma bu bir faktdır. 100 illik tarix gözümüzün qabağında təkrarlanır. Bizi hələ də fiziki təhlükə gözləyir, dövlətçiliyimiz sual altındadır.
Bu, bizim eyni səhvlərimizə görə baş verir. Başqa millətlərin hava limanlarında təyyarə gözlədiyi kimi biz də fəlakət gözləyirik. Biz sadəcə gözləyirik.
Belə çıxır ki, 30 illik dövlətçilik tarixi bizə heç nə verməyib. Buna inanmaq mümkün deyil, belə şey ola bilməz.
Belə bir təəssürat yaranır ki, insanlara heç nə təsir etmir. Ölümlər, minlərlə qurban, evindən 2 saat uzaqda döyüşlər – heç bir şey təsir etmir.
“Mühasirə”yə alınmış Qarabağ veclərinə deyil. Rusiya ilə münasibətlərin süni şəkildə kəskin şəkildə pisləşməsinin də heç bir təsiri yoxdur.
Özünü belə bir vəziyyətdə və psixoloji boşluqda tapan xalqlar adətən ağır bədəl ödəyirlər. Amma bunu da xalq yaxşı başa düşmür. Başa düşmürlər ki, bu, özlərinə, ailələrinə fəlakət gətirəcək.
Daha bir hadisə – ağır döyüş qaçılmaz olacaq.
Dünənki mətbuat konfransında Paşinyan yenə də tariximizin bəzi epizodlarını saxtalaşdırdı. Böyük müharibə 2018-ci ildən əvvəlki, 2018-ci ildən sonrakı və ya 9 noyabrdan sonrakı dövrləri əhatə etməlidir.
Görünür, bundan qaçmaq mümkün olmayacaq. Çünki qiymət çox yüksəkdir: torpaq itkisi və böyük qurbanlar”, – deyə Ovannisyan bildirib.
525 dəfə oxundu