Separatçılar Azərbaycanın ikinci görüşün Bakıda keçirilməsi təklifindən İMTİNA ETDİLƏR
“Azərbaycan nümayəndələri ilə görüşlər Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ola bilər”.
KONKRET.az xəbər verir ki, Qarabağdakı qondarma qurumun “xarici işlər nazirliyi” Azərbaycan Prezidenti Administrasiyasının bir gün əvvəl mətbuatda dərc olunmuş təklifi ilə bağlı “bəyanat” yayıb.
“Azərbaycan Respublikası Prezidentinin Aparatının Azərbaycan və Qarabağ nümayəndələri arasında görüşün keçirilməsi təklifinə cavab olaraq bildiririk ki, bu cür görüşlərin həyata keçirilə biləcəyi barədə əvvəllər bəyan etdiyimiz mövqeyə sadiqik. Rusiya Federasiyası sülhməramlılarının vasitəçiliyi ilə bu il martın 1-də olduğu kimi görüş keçirilə bilər.
Laçın dəhlizinin “bağlanması” və davam edən humanitar “böhran” qəbuledilməzdir və danışıqlar üçün əlverişli atmosfer yaratmaq üçün heç bir iş görmür”, – “bəyanat”da deyilir.
Bir sözlə, Erməni separatçıları Azərbaycan tərəfinin ikinci görüşün Bakıda keçirilməsi təklifindən imtina ediblər.
480 dəfə oxundu