İqtidar-müxalifət dialoqu nə vaxt keçiriləcək?

İqtidar-müxalifət dialoqu nə vaxt keçiriləcək?


Ötən il Azərbaycanda müxalifət və iqtidar təmsilçiləri arasında bir neçə dəfə görüş keçirilib. Görüşlərdə ölkədəki siyasi vəziyyət müzakirə edilib. İqtidar-müxalifət dialoqunun bu il də davam etdiriləcəyi gözlənilir. Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov AzVision.az-a açıqlamasında diqqətə çatdırıb ki, 2016-cı ildə iqtidar-müxalifət dialoqu bərpa olunacaq.

Ancaq, dialoqun nə zaman keçiriləcəyi bilinmir. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədrinin müavini Xəzər Teyyublu hazırda görüşlə bağlı onlarda məlumatın olmadığını deyib: “Bu iqtidadan asılı olan məsələdir. Dəvət etsələr, iştirak edəcəyik”.
KXCP rəsmisi qeyd edib ki, dialoqla bağlı iqtidara təklif irəli sürməyiblər. Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn görüş təyin olunacağı təqdirdə dialoqda iştirak etməyə hazır olduğunu bildirib. Partiya sədri görüş vaxtının iqtidar tərəfindən müəyyən ediləcəyini vurğulayıb.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu dialoq üçün müxalifət tərəfindən iqtidara təklif verilmədiyini deyib. Partiya sədri bildirib ki, dəvət olunsa, diaqloda iştirak edəcək. Qeyd edək ki, ötən il siyasi partiya rəsmiləri arasında əldə olunan razılığa görə, dialoqun iki aydan bir keçiriləcəyi planlaşdırılırdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1004 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...