"İrana getməyin, orada öldürülmək, itkin düşmək təhlükəniz var"

"İrana getməyin, orada öldürülmək, itkin düşmək təhlükəniz var"
"Artıq bu sübüut olunmuş həqiqətdir ki, İran Azərbaycan vətəndaşları üçün ən təhlükəli ölkələr siyahısındadır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Deputat deyib ki, İranın paytaxtında Azərbaycan Səfirliyinə və onun əməkdaşlarına qarşı həyata keçirilən məlum terror hadisəsindən sonra bunun əksinə düşünmək çox böyük yanlışlıq və sadəlövhlük olardı:

"Təsadüfi deyil ki, Azərbaycan Xarici İşlər Nazirliyi də bu təhlükəni nəzərə alaraq, vətəndaşlarımızın İran İslam Respublikasına səfərlərinin məhdudlaşdırılmasını, xüsusi ehtiyac olmadıqda bu səfərlərdən imtina edilməsiylə bağlı xəbərdarlıq edib.

Eyni zamanda, məlum olub ki, Almaniyada təhsil alan Azərbaycan vətəndaşı İran İslam Respublikasına səfər edib və artıq orada itkin düşüb. Onun taleyi ilə bağlı heç bir məlumat yoxdur. Bu baxımdan da Azərbaycan Xarici İşlər Nazirliyinin xəbərdarlığı tam reallığa uyğundur. Bu ölkəyə getmək doğurdan da, təhlükəlidir. Gedənlər üçün ciddi həyati təhlükə və risklərin olmasını gözünün önünə almalısan. Orada ya öldürülmək, ya da itkin düşmək reallığı qaçılmaz ola bilər. Ona görə də hesab edirəm ki, bu reallığı nəzərə almaq lazımdır. Azərbaycan vətəndaşları İrana səfərlərini mümkün qədər təxirə salmalıdırlar. Öz həyatlarını qorumaq üçün bu addımların atılması artıq bir zərurətə çevrilib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
496 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...