ABŞ senatorları yenidən Bəxtiyar Hacıyevlə bağlı Azərbaycana çağırış etdilər

ABŞ senatorları yenidən Bəxtiyar Hacıyevlə bağlı Azərbaycana çağırış etdilər
ABŞ senatorları Riçard Cozef (Dik) Durbin cə Benjamin Luiş (Ben) Kardin yenidən Bəxtiyar Hacıyevlə bağlı Azərbaycana çağırış ediblər.
Yeniavaz.com xəbər verir ki, hər iki senator bu barədə tvitterdə yazıb.
“Azərbaycanda vətəndaş fəalı Bəxtiyar Hacıyevin davam edən həbsinə son qoyulmalıdır. Cənab Hacıyevin səhhəti sürətlə pisləşir və biz Azərbaycan hökumətinə müraciət edirik ki, onu sağlamlıq və humanitar əsaslarla dərhal azad etsin”, - deyə Merilend ştatının senator Ben Kardin bildirib.
Ardınca isə İllinoys ştatının senator Dik Durbin onun yazdıqlarını paylaşaraq Azərbaycandakı siyasi məhbusların azad edilməli olduğunu bildirib:
“Siyasi motivli ittihamlarla üzləşən fəal Bəxtiyar Hacıyevin səhhətinin sürətlə pisləşməsi ilə bağlı narahatedici xəbərlər fonunda onun həbsinin davam etməsi məni narahat edir. Mən Azərbaycan hökumətini sağlamlıq və humanitar əsaslarla onu dərhal azad etməyə çağırıram”.
Xatırladaq ki, hər iki senator daha əvvəl də bu barədə Azərbaycana çağırış ediblər.
Qeyd edək ki, dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.
Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib.
İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək aclığa davam edir.
Yanvarın 21-də məhkəmə Bəxtiyar Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...