Akif Nağıdan qalmaqallı açıqlama: ”Bu partiyalar sıradan çıxarılmalıdır”
"Əgər bir partiya 5-10 min üzv yığa bilmirsə, həmin partiyanın bağlanması məsləhətdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Sədr bildirib ki, rəhbərlik etdiyi partiyanın 5 min üzv yığması ilə bağlı problemi olmayacaq:
"Bəzi partiyalar fəaliyyət göstərmir, təxribatçı qruplara çevrilib. Nə qurultay keçirirlər, nə rayon şöbələri var, nə də idarə heyətləri fəaliyyət göstərir, hərdən 50-60 nəfərin iştirakı ilə iclas keçirirlər və bunu da böyük partiya kimi təqdim etməyə çalışırlar. Bu partiya fəaliyyəti deyil. Bəzilərinin də xariclə əlaqələri var. Bunlar kənarda qalmalıdır. 3-5 nəfər üzvü olanlar da özlərini partiya kimi tədim edir. Onlar da sıradan çıxmalıdır. Hətta bir neçə partiyanın birləşməsi də mümkündür”.
Ətraflı
Akif Nağı Azad Vətən Partiyasının hədəflərinin aydın olduğunu vurğulayıb:
"Bütövlükdə bir sağlamlaşma prosesi keçməlidir. 30 ildir siyasi fəaliyyətlə məşğul olmuşuq, geniş sosial bazamız var, hansısa bir partiyaya birləşmək kimi fikirimiz yoxdur. Ola bilər ki, hansısa partiyanın bizə birləşmək fikiri var. Buna da etirazımız yoxdur”.
571 dəfə oxundu