Baydenin Kiyevə, Blinkenin Türkiyəyə səfəri hansı məna daşıyır?
Bayden Kievdə, Blinken Türkiyədə zəlzələ bölgəsindədir.
ABŞ prezidentinin Rusiyanın 1 il bundan əvvəl işğal etmək istədiyi Kiyevdə Ukrayna prezidenti ilə küçələrdə sərbəst gəzintisi, siyasi və hərbi elitanın nümayəndələri ilə görüşü gerçəkdən müharibənin taleyində əhəmiyyətli rol oynayan cəsarətli qərardır. Heç şübhəsiz ki, bundan sonra ABŞ Ukraynaya siyasi, hərbi və maliyyə dəstəyini daha da artıracaq və çox keçməz ki, bütün bunlar Rusiyanın məğlubiyyətini şərtləndirər.
GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə ADR hərəkatının rəhbəri Qubad İbadoğlu bəyan edib.
ABŞ dövlət katibi Blinkenin Türkiyəyə səfəri də çox önəmlidir. ABŞ Dövlət Departamenti rəhbəri bildirib ki, Dövlət Departamenti və USAİD vasitəsilə təhvil verilən əlavə 50 milyon dollarla Türkiyə və Suriyada zəlzələlərə cavab tədbirlərini dəstəkləmək üçün ABŞ-ın humanitar yardımının ümumi həcmi 185 milyon dollara çatıb.
Bu səfər yalnız maliyyə yardımı deyil, həm də siyasi dəstəyin çatdırılması üçün əhəmiyyət kəsb edir və Türkiyə-ABŞ münasibətlərində yeni səhifə açır.
534 dəfə oxundu