“Sülh sazişinin mətnini ən qısa zamanda Azərbaycana verəcəyik” - Armen Qriqoryan
"Sülh müqaviləsində Qarabağın adı var, amma nəzərə almaq lazımdır ki, bu sənəd hələ yekun deyil".
Yeniavaz.com “Hraparak” qəzetinə istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentdə jurnalistlərlə söhbətində deyib.
“Qarabağın adı var, amma nəzərə almaq lazımdır ki, bu sənəd hələ yekun sənəd deyil, danışıqlar gedir. Mən başa düşürəm ki, ictimaiyyət müəyyən məlumatlar gözləyir, lakin bizi də müəyyən dərəcədə başa düşməyinizi gözləyirəm. Bu, danışıqlar prosesidir və hər şey razılaşdırılmayıbsa, deməli, hələ heç nə razılaşdırılmayıb”, - deyə, o əlavə edib.
Təhlükəsizlik Şurasının katibi bildirib ki, Ermənistan tərəfi sülh sazişinin aydınlaşdırılması üzərində işləyir:
“Ermənistan Stepanakertlə (Xankəndi –red.) Bakı arasında müzakirələrin beynəlxalq səviyyədə görünən mexanizm çərçivəsində aparılmasının tərəfdarıdır. Ermənistan bu mexanizmin baş tutması üçün beynəlxalq tərəfdaşları ilə işləməyə davam edir”.
Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı müzakirələr aparılmalıdır:
“İndi erməni tərəfi sülh mətni üzərində işləyir, mətn ən qısa zamanda hazır olacaq və Azərbaycana veriləcək”.
460 dəfə oxundu